İkitərəfli münasibətlərin yaradılması haqqında məlumat

Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlər 11 yanvar 1994-ci ildə qurulmuşdur.

İki ölkə arasındakı əməkdaşlıq münasibətləri 2005-ci ildən etibarən yeni inkişaf  mərhələsinə qədəm qoymuşdur.     

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyun 2005-ci il sərəncamı ilə Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. 27 sentyabr 2005-də Azərbaycanın Latviyadakı səfiri T.Zülfüqarov etimadnaməsini Latviya Respublikasının Prezidenti xanım Vaira Vike-Freyberqaya təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 11 oktyabr 2010-cu il tarixli sərəncamı ilə T.Zülfüqarov Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 11 oktyabr 2010-cu il tarixli sərəncamı ilə Elman Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.

09 noyabr 2010-cu ildə Azərbaycanın Latviyadakı səfiri E.Zeynalov etimadnaməsini Latviya Respublikasının Prezidenti cənab Valdis Zatlersə təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 27 yanvar 2016-cı il tarixli sərəncamı ilə E.Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 7 mart 2016-cı il tarixli sərəncamı ilə Cavanşir Axundov Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilmişdir.

17 may 2016-cı ildə Azərbaycanın Latviyadakı səfiri C.Axundov  etimadnaməsini Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonisə təqdim etmişdir.

2005-ci ildən etibarən Azərbaycan Respublikası ilə Latviya Respublikası arasındakı münasibətlərdə xüsusi fəallıq müşahidə olunmuş, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır