Digər sahələr üzrə əməkdaşlıq

2012-ci il

23-25 fevral tarixlərində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycanda rəsmi səfərdə olmuş və burada ölkə rəhbərliyi və bir sıra nazirlərlə görüşlər keçirmişdir.

17 may tarixindən Latviyanın AirBaltik Milli Aviasiya Şirkəti Bakı-Riqa-Bakı birbaşa reyslərinə başlamışdır. Reyslər oktyabrın ortalarınadək həftədə iki dəfə yerinə yetirilirdi.

7-9 iyun tarixlərində Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Strauyuma Azərbaycanda səfərdə olmuş və kənd təsərrüfatı naziri İsmət Abbasov ilə görüşmüşdür. Səfər çərçivəsində Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

11 iyun tarixlərində Latviya Bələdiyyə Assosiasiyasının nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir. Latviya Bələdiyyə Assosiasiyasının nümayəndə heyəti ilə Qəbələnin şəhər, qəsəbə və kənd bələdiyyələri sədrlərinin görüşü keçirilmişdir. Təcrübə mübadiləsi məqsədi ilə təşkil olunmuş tədbirdə tərəflər arasında fikir mübadiləsi aparılmışdır.

20 avqust tarixində Latviyanın Liyepaya şəhərində “Liyepaya yayı” adlı simfonik musiqinin festivalı çərçivəsində Latviyanın ən tanınmış musiqi kollektivi olan Liyepaya simfonik orkestri Azərbaycandan xüsusi olaraq dəvət edilmiş tanınmış dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə məşhur dünya bəstəkarlarının üvertyuralarını ifa etmişdir. Yalçın Adıgözəlovun məharəti Latviyanın ictimaiyyətini heyran etmişdir, bu fakt yerli KİV-də öz əksini tapmışdır.

28 avqust tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan ilə Latviya arasında gender bərabərliyi sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. 17-19 oktyabr tarixlərində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Daniels Pavlyuttsla görüşmüşdür. Azərbaycan və Latviya arasında turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir5 noyabr tarixində Azərbaycan Respublikası Milli Məclisi deputatlarının Riqaya səfəri zamanı ikitərəfli iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur.   28 noyabr tarixində Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.

29 noyabr tarixlərində Azərbaycanda səfərdə olan Latviyanın rifah naziri xanım İlze Vinkele əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ilə görüşmüşdür. Görüşdə hər iki nazirliyin fəaliyyət sahələrinə aid məsələlər və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

2013-cü il

25 fevral tarixində Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsindən, Latviya Dövlət Sərhəd Xidmətindən dəvət olunmuş mütəxəssislər və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə Bakıda miqrasiya qanunvericiliyinə dair beş günlük qiymətləndirmə görüşləri təşkil edilmişdir.

24 aprel tarixində Latviya Respublikasının Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir. Forum çərçivəsində Azərbaycanın “Ultra” və “Babilion” şirkətləri ilə Latviyanın “DPA” və “Layma” şirkətləri arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumları imzalanmışdır.

24 aprel tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində Azərbaycan ilə Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilmişdir.

25 aprel tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Bakıda səfərdə olan Latviyanın Rifah Nazirliyinin dövlət katibi İeva Jaune ilə görüş keçirilmişdir.

25-26 aprel tarixlərində Latviyanın kənd təsərrüfatı naziri xanım Laymdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfər çərçivəsində Azərbaycan Respublikasının İqtisadi İnkişaf  və Kənd Təsərrüfatı Nazirliklərində görüşlər keçirilmişdir. Səfər çərçivəsində Azərbaycanın və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

17 may tarixində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər çərçivəsində Latviya Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində nazirliyin dövlət katibi Aleksandr Antonovla görüş keçirilmişdir.

4-5 iyul tarixlərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Latviyaya rəsmi səfər edib.

25 sentyabr tarixində Latviya Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya və Vətəndaşlıq Məsələləri İdarəsinin rəisi Vilnis Yekabsonsun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevlə görüşmüşdür.

24 oktyabr tarixində Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Rövşən Rzayev başda olmaqla Azərbaycan Milli Məclisinin bir qrup deputatının Latviyaya səfəri çərçivəsində Latviya Seymində Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə işgüzar görüş olmuşdur.

2 dekabr tarixində Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” sərgidə Latviya milli pavilyonu ilə təmsil olunmuşdur.

6-8 dekabr tarixlərində Latviyanın səhiyyə nazirinin müavini Rinalds Muçinsin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Rinalds MuçinsAzərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovla görüşmüşdür.

2014-cü il

16 yanvar tarixində Latviya Elmlər Akademiyasının prezidenti, akademik Oyars Sparitisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində olmuşdur. Səfər çərçivəsində Latviya Elmlər Akademiyası və AMEA arasında elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafına dair Memorandum imzalanmışdır.

17 yanvar tarixində Latviya Respublikasının nəqliyyat naziri Anriys Matissin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində görüş keçirilmiş, ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

20 fevral tarixində Riqada Latviya Mədəniyyət Nazirliyinin və “Dd studio” şirkətinin birgə təşkilati dəstəyi ilə Bakıdakı Qız Qalasının Latviyanın “Dd-studio” şirkəti tərəfindən hazırlanmış daimi və rəqəmli muzey ekspozisiyasının təqdimat mərasimi olmuşdur. Ölkədə keçirilən “Riqa Avropanın mədəniyyət paytaxtıdır” tədbirləri ilə eyni vaxta salınmış təqdimat mərasimində Latviyanın mədəniyyət xadimləri, Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

25 fevral tarixində Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və bir sıra digər millət vəkilləri ilə görüşlər keçirilmişdir.

22 may tarixində Riqada 32 ölkənin daxil olduğu Avropa Elmlər Akademiyaları Şurasının iclasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev qonaq qismində iştirak ediblər. İclasın sonunda Latviya Milli Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

17 iyun tarixində Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində F.Nəbiyev ilə Latviya Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini İnquna Aire, Latviya Dövlət Sərhəd Mühafizəsinin rəhbəri Normunds Qarbars, eləcə də vətəndaşlıq və miqrasiya məsələləri üzrə idarənin rəisi Vilnis Yekabsons arasında keçirilən görüşlərdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

8 iyul tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

10 iyul tarixində Riqada, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Riqa meriyasının, Azərbaycanın Latviyadakı səfirliyinin, habelə Azərbaycan İncəsənəti Şurasının (“Arts Council Azerbaijan”) və Latviyanın “Arts Council Latvia” qeyri-hökumət təşkilatının təşkilati dəstəyi ilə Azərbaycan rəssamlarının “Şərq nağılı” sərgisinin açılışı olmuşdur.

7 avqust tarixində Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində R.Veyonis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və müdafiə sənayesi naziri Yavər Camalovla görüşlər baş tutmuşdur.

5-11 sentyabr tarixlərində Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun rəhbərlik etdikləri nümayəndə heyəti Latviya ətraf mühit və regional inkişaf naziri Roman Naudinşin dəvəti ilə Riqada səfərdə olublar. Səfər çərçivəsində Latviyanın Valmiyera şəhər özünüidarə Dumasının sədri İnesis Bokis və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Əməkdaşlıq haqqında Saziş imzalanmış

2015-ci il

14-15 aprel tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Latviyaya rəsmi səfər edib.

21-22 may tarixlərində Riqada keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə 4-cü Sammiti keçirilmişdir və sammitdə Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Naziri Elmar Məmmədyarov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin Müdiri Novruz Məmmədov iştirak etmişlər.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Riqa Sammiti zamanı Azərbaycana həsr olunmuş "Bakı Ritmləri Riqanın Qəlbində" foto sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini və Xarici əlaqələr şöbəsinin Müdiri Novruz Məmmədov iştirak etmişdir. Tədbir yerli KİV-də geniş işıqlandırılmışdır.

29-30 mart tarixlərində Riqa şəhər Dumasının vitse-meri, Riqa dəniz portunun rəhbəri Andris Ameriksin başçılıq etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib və burada Suraxanı Rayonu İcra Hakimiyyətində rəsmi görüşlər keçirib.

2-3 iyul tarixlərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasında səfərdə olmuşdur.

4-8 oktyabr tarixlərində Riqa şəhəri İcra Hakimiyyətinin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri. Səfər çərçivəsində Bakı, Gəncə, Qəbələ və digər şəhərlərə səfər və burada icra hakimiyyəti nümayəndələri ilə rəsmi görüşlər keçirilmişdir.

24-27 noyabr tarixlərində Bakı şəhərində "Latviyanın Dadı" adlı tədbirin keçirilməsi və tədbirdə Latviyanın İqtisadiyyat naziri xanım Dana Reyznietse-Ozolanın iştirakı gözlənilir. Tədbirin məqsədi Latviyada istehsal olan yeyinti mallarını nümayiş etdirməkdir