Tələb olunan sənədlər

Azərbaycan Respublikasının xaricdəki vətəndaşları və əcnəbilərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyi konsulluq şöbəsi vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etmək və müəyyən sənədlər üzrə sorğu göndərmək hüququ vardır. Növbəti mərhələ aşağıdakı kimidir:

Ərizəçi Azərbaycan Respublikasının Konsuluna müraciət etməli və tələb olunan hər bir sənəd üçün iki ərizə anket forması doldurmaqla lazımi konsulluq rüsumunu ödəməlidir. 

Sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə göndərilir. Sorğu üzrə axtarış bitdikdən sonra Baş Arxiv İdarəsi tələb olunan sənədi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir ki, o da öz növbəsində bunu sorğu ərizəsinin verildiyi konsulluq bölməsinə göndərir.