Viza rəsmiləşdirilməsi üçün sənədlər

Vizanın anlayışı, kateqoriya, məqsəd və növləri

Anlayışı

Viza - ölkəyə viza tələb olunan qaydada gələn əcnəbinin ölkəyə gəlməsinə, vizada göstərilən qalma müddətində ölkədə müvəqqəti olmasına, həmin müddətdə sərhəd nəzarət məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə ölkədən getməsinə hüquqi əsas verən rəsmi sənəddir.

Kateqoriyaları

Vizanın - diplomatik, xidməti və adi olmaqla - üç kateqoriyası vardır.

Növləri

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan - giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:

- Birdəfəlik (adi) giriş vizası – bu müddət ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxışı həyata keçirməyə icazə verir.
- Çoxdəfəlik giriş vizası - bu növ viza şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

 

Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin nəzərinə!

Azərbaycan Respublikasına əmək fəaliyyəti ilə məşğul olmaq üçün səfər etmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən əmək məqsədilə birdəfəlik adi giriş vizası rəsmliləşdirilir.

“Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirilməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 dekabr 2000-ci il tarixli, 214 saylı Qərarına əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə fərdi icazə əldə etmək üçün yalnız Azərbaycan Respublikasına gələndən sonra müvafiq dövlət orqanlarına müraciət edə bilər.

 

Viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:        

 Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin konsulluq şöbəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır: 

  • Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi;
  • Pasport (əsli); 
  • Ərizə anket formasında viza üçün nəzərdə tutulan ölçüdə şəkil; 
  • Dövlət rüsumunun ödənişi ilə bağlı qəbz; 
  • Qəbul edən tərəfin dəvət məktubu. 

Viza rəsmiləşdirilməsi üşün dövlət rüsumu:         (bank qəbzləri hər bir şəxs üçün ayrı-ayrıliqda olmalıdır)

Latviya Respublikasının vətəndaşları üçün:

birdəfəlik giriş vizası:        35 avro  

çoxdəfəlik giriş vizası       35 avro

Vətəndaşlığı olmayan şəxslər üçün:

birdəfəlik giriş vizası:       20 USD ,

çoxdəfəlik giriş vizası      350 USD

Viza müraciətinə 10 gün müddətində baxılır

Bank:
Consular Section of the Embassy  of the Republic of Azerbaijan
Bank: Citadele Banka
Kod: PARXLV22
Account number: LV09PARX0003843380003

(bank qəbzləri hər bir şəxs üçün ayrı-ayrıliqda olmalıdır)


     Diqqət! Pasportunun etibarlıq müddətinin bitməsinə 3 aydan az müddət qaldığı təqdirdə viza rəsmiləşdirilmir.

  

ASAN viza (Azərbaycana e-Viza)


Məlumat üçün bildiririk ki,  birdəfəlik (adi) giriş vizaları ASAN-viza ilə yanaşı səfirlik tərəfindən də rəsmiləşdirilir.