Formula 1 Azərbaycan Qran Pri yarışı

Azərbaycan Respublikasının Prezidentinin 2702 saylı, 02.03.2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduralarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən, 2017-ci ilin mayın 15-dən iyulun 15-dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir. Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Managment Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının  müvafiq  qaydalarına uyğun olaraq  akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan  keçməni təsdiq edən kart.

Eyni zamanda Azərbaycan Qran Pri Yarışı ilə əlaqədar Azərbaycan Respublikasına  səfər edən  əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin  (yalnız AR Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli “ASAN Viza”  sisteminin yaradılması haqqında   Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 81 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron  viza almaq imkanı olacaqdır.