Dövlət Rüsumları

Əməliyyatlar

Məbləği

16.1. Pasportların və vizaların verilməsinə görə:

16.1.2. ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;

$ 55

16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə;

$ 40

16.1.4. xarici ölkələrin sərfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə;

AZN 4

16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə;

AZN 4

16.2. Vətəndaşlıq məsələlərilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə;

16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə;

$ 150

16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə.

$ 400

16.3. VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi

$ 0

Ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi

$ 0

Övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi

$ 0

Atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi

$ 0

16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

$ 40

16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə;

$ 40

16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə;

$ 10

16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nigahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə;

$ 50

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə;

$ 40

16.3.6. doğum, ölüm, nigah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə;

$ 20

16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nigahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə.

$ 30

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə(hər sənəd üçün)

$ 25

Sənədlərin leqallaşdırılmasına görə

$ 50

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə;

$ 50

16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə;

$ 25

16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:

 

16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə;

$ 75

16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə;

$ 150

16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə;

$ 100

16.6.3.4. sair müqavilələrin təsdiqinə görə

$ 50

16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətini, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə;

$ 20

16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə;

$ 20

16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün);

$ 60

16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):

 

- xarici dillərdən;

$ 20

- xarici dillərə;

$ 40

16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə;

$ 50

16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə;

$ 50

16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə;

$ 100

16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə;

$ 100

16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə;

$ 100

16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə;

$ 100

16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə;

$ 100

16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə;

$ 200

16.6.16. malların və digər əmlakın satışına görə;

$ 100

16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə;

$ 20

16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün);

$ 50

16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün);

$ 50

16.6.20. icra qeydlərinin aparılmasına görə;

$ 30

16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə;

$ 100

16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə.

$ 50

16.7. Digər konsul əməliyyatlarına görə.

$ 20

İnzibati xətalar

Pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə

AZN  30

 Azərbaycan Respublikasına qayıdış  şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə

AZN  30

Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə  alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə cərimə

AZN  10

17.1. Aşağıdakı hallarda bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumu alınmır:

17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;

17.1.2. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında mülki, ailə və cinayət işlərində hüquqi yardım haqqında, alimentlər haqqında, pensiya haqqında və övladlığa götürmə məsələləri haqqında müqavilələrə uyğun olaraq bu ölkənin səlahiyyətli orqanlarının və ayrı-ayrı vətəndaşlarının sorğusuna əsasən sənədlərin tələb olunub alınmasına görə;

17.1.3. Dövlət nümayəndə heyətinin tərkibində xarici ölkələrə ezam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirildikdə;

17.1.4. Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsinə görə;

17.1.5. Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsinə görə.

17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:

17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;

17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;

17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;

17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.

17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu tutulur.

17.4. Bu Qanunun 16.6-cı maddəsində göstərilən dövlət rüsumundan əlavə vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.

17.5. Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

17.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində dövlət büdcəsinə köçürülür.

17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.