Azərbaycan Respublikası vətəndaşlığından çıxılması

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır.anket.pdf Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin uşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 4 rəngli fotoşəkil (35 mm x 45 mm);
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
  3. 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); (Şəkillərin anketlərə yapışdırılmasını xahiş edirik);
  4. 400,00 Avro dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli

Citadele Banka, Kod: PARXLV22, Account number : LV09PARX0003843380003;

  1. Sizin şəxsiyyətinizi və vətəndaşlığınızı təsdiq edən sənədlərin surətləri (doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və s.);
  2. Tərcümeyi-hal;
  3. Latviya Respublikası rəsmi orqanları tərəfindən Sizin latviya vətəndaşlığına qəbul edilməniz üçün verilmiş təminatın əsli ;
  4. Yaşayış haqqında arayış ;
  5. Ərizəçinin Latviya Respublikasında  yaşamaq haqqında icazəsi və onun Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi ;
  6. Valideynin 18 yaşı tamam olmamış uşağın vətəndaşlıqdan çıxması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi;
  7. Latviya dilində təqdim olunan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcümə olunmalıdır;

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır.  Eyni zamanda vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüter vasitəsilə yazılmasını xahiş edirik.

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması ilə bağlı  müraciətlərə 6-12 ay müddətinə  baxılır.