İmzaların təsdiqlənməsinə dair qaydalar

Xarici rəsmi sənədlər təsdiqlənməsi üçün onlar orijinal formada və Latviya Respublikasının müvafiq idarəsi tərəfindən təsdiq edildikdən sonra səfirliyə təqdim edilməlidir.

Xarici rəsmi sənədlər yalnız notarius tərəfindən təsdiq edildiyi halda qəbul edilməyəcəkdir;

Fiziki şəxslər tərəfindən verilən etibarnamələr Səfirliyə şəxsən təqdim edildikdə, əlavə təsdiqə ehyiyac yoxdur. Etibarnamə Səfirliyə poçtla göndərildiyi təqdirdə, etibarnaməni verən şəxsin imzası notarial qaydada təsdiq olunmalıdır.

3) Bundan əlavə aşağıdakıları Səfirliyə təqdim etmək lazımdır:

    Hər sənəd üçün  60,00 ABŞ DOLLARI məbləğində rüsumun ödənilməsini təsdiq edən qəbz. Qəbzi tədqim edərkən yuxarıda qeyd edilən rüsum artıq səfirliyin hesabında olmalıdır

AZERBAIDZANAS VESTNIECIBA
Bank: AS Swedbank 
Kod: HABALV22 
Account number: LV16HABA0551045174084:.

Səfirlikdə nəğd ödəmə və bank çekləri təqdim etmə mümkün deyildir;

 Təsdiq edilən sənədlərin surəti.

4) Təsdiq edilmiş sənədləri şəxsən konsulluq şöbəsinin qəbul saatlarında götürə bilərsiniz. Sənədlərin poçt vasitəsilə sizə geriyə göndərilməsini istəyirsinizsə, sənədlərə üzərində ünvanınınz yazılmış və müvafiq məbləğdə marka yapışdırılmış zərf əlavə edilməsini xahiş edirik.

QEYD: VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR TƏRƏFİNDƏN VİZA RÜSUMU AVRO İLƏ ÖDƏNİLƏCƏYİ TƏQDİRDƏ QƏBUL EDİLMƏYƏCƏKDİR. RÜSUM DOLLAR İLƏ ÖDƏNİLMƏLİDİR.