2015-11-20
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə ənənəvi illik görüş keçirib.

Səfirliyin əməkdaşlarının da iştirak etdiyi görüşdə çıxış edən diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclərin istedadlı nümayəndələrinin dünyanın müxtəlif ölkələrinin ən yaxşı ali məktəblərində təhsil almasına böyük əhəmiyyət verir. Səfir deyib ki, Latviyada təhsil alan azərbaycanlı gənclər gələcəkdə Azərbaycanla Latviya arasında münasibətlərin inkişafında fəal iştirak edəcək.

E.Zeynalov tələbələrin Latviyanın elmi və mədəni həyatında iştirakının, habelə Azərbaycan reallıqlarının Latviya cəmiyyətində təbliğini fəallaşdırmağın vacibliyini qeyd edib.

Görüşdə çıxış edən azərbaycanlı tələbələr gələn il səfirliyin dəstəyi ilə bir sıra tədbirlər keçirilməsini təklif ediblər.

Sonda səfir E.Zeynalov gənclərə yeni uğurlar, Azərbaycana xidmət işində əzmkarlıq arzu edib.

növbəti xəbər əvvəlki xəbər

bakushop