2015-11-23
Cari ilin 21-22 noyabr tarixində Latviyanın paytaxtı Riqa şəhərində Döyüş Növləri Olimpiadası "Baltik Open 2015" keçirilmişdir.

  Azərbaycan Alpaqut Federasiyasının idmançıları Arzu Eyvazova finalda zədə nəticəsində Latviya idmançısına uduzaraq ikinci yerə, Nəsirov Murad finalda Estoniya idmançısı ilə qarşılaşmada ikinci yerə, Əlizadə Nəvai finalda Litva idmançısı ilə qarşılaşmada ikinci yerə, Əsgərov Anar finalda Latviya idmançısı ilə qarşılaşmada ikinci yerə, Musa Abdullayev finalda Latviya idmançısı ilə qarşılaşmada birinci yerə və Elsəvər Puri finalda qalib gələrək fəxri kursunun ən yüksək pilləsinə çıxmışdır. Beynəlxalq Döyüş Növləri Olimpiadası Komitəsi tərəfindən ən yaxşı komanda heyəti üçün Azərbaycan komandasının rəhbəri Vasif Namazov diplom və medalla təltif olundu.

 Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və səlahiyyətli Səfiri Elman Zeynalov olimpiada sonrası idmançılarla keçirdiyi görüşdə qazandıqları nailiyyətlər üçün onları təbrik etmiş qarşıdakı yarışlarda onlara uğurlar arzu etmişdir.


             

növbəti xəbər əvvəlki xəbər

bakushop