2015-11-16
Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər Azərbaycan xalqını olduqca sarsıtdı.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda baş sağlığı məktubu ünvanlamışdır.  
Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyi də öz növbəsində Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. 
Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına  Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin əməkdaşları Latviyada yaşayan Azırbaycan icması o cümlədən ölkədə təhsil alan tələbələr adından dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.    
Baş vermiş hadisəni və Azərbaycan-Fransa dostluq əlaqələrini nəzərə alaraq Latviyada yaşayan Azərbaycan icmasını və azərbaycanlı tələbələri Fransa Respublikasının Latviya Respublikasındakı səfirliyinin önünə həlak olanların xatirəsini anmaq məqsədi ilə gül dəstələri qoymağa çağırırıq.
 
  Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyi      16.11.2015
növbəti xəbər əvvəlki xəbər

bakushop