2016-12-05
Azərbaycanın Latviyadakı səfirliyi Beynəlxalq Milad xeyriyyə yarmarkasında iştirak edib

Riqa Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və xarici ölkələrin Latviyada akkreditə olunmuş səfirliklərinin dəstəyi ilə 20-ci Beynəlxalq Milad xeyriyyə yarmarkası keçirilib.

Azərbaycanın Latviyadakı səfirliyi xeyriyyə yarmarkasında təmsil olunub. Səfirliyin əməkdaşlarının dəstəyi ilə hazırlanmış Azərbaycan pavilyonunda milli mətbəxin təamları, habelə ölkəmiz haqqında bukletlər təqdim olunub.

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə Azərbaycan pavilyonuna gəlib, milli yeməklərin dadına baxıb.

Prezident Azərbaycan stendinin fonunda şəkil çəkdirib, qonaqpərvərliyə və xeyriyyə yarmarkasında iştirakına görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Satışdan əldə edilən vəsait Beynəlxalq Qadınlar Klubunun Latviyada əməkdaşlıq etdiyi 15 xeyriyyə təşkilatına ianə ediləcək.

 

növbəti xəbər əvvəlki xəbər