2017-03-13
Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 2677 saylı, 20 fevral 2017-ci il tarixli Sərəncamına  əsasən Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan  ilə dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı  olmayan şəxslərə “Asan” ödəniş terminalları vasitəsilə “Asan Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanı yaradılacaqdır.  Sözügedən Sərəncamın tətbiqi barədə əlavə məlumat yerləşdiriləcəkdir.

növbəti xəbər əvvəlki xəbər