2017-06-23
Riqada İkinci Dünya müharibəsi illərində həlak olmuş döyüşçülərin xatirəsi yad edilib

İyunun 22-də Riqada Anım və Hüzn Günü qeyd edilib. Bununla əlaqədar, Latviyanı və Riqanı azad etmiş döyüşçülərin abidəsi önünə əklillər və tər çiçəklər qoyulub.

Mərasimdə Rusiyanın Latviyadakı səfiri Yevgeni Lukyanov başda olmaqla səfirliyin əməkdaşları, Belarus səfirliyinin nümayəndələri, Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov, Azərbaycan səfirliyinin əməkdaşları, Latviyanın İkinci Dünya müharibəsi veteranları, Latviya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirə toplaşanlar doğma Vətən torpağını qoruyan şanlı övladlara ehtiramlarını bildirib, həlak olanların xatirəsi qarşısında baş əyiblər.

növbəti xəbər əvvəlki xəbər