2018-02-19
Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundov Latviya Respublikasının keçmiş prezidenti, xanım Vaira Vīķe-Freiberganı doğum gününün 80-ci ildönümü münasibətilə təşkil edilmiş tədbirdə iştirak etmişdir

01 dekabr 2017-ci il tarixində Latviya Respublikasının 1999-2007-ci illərdə prezidenti olmuş, hazırda isə xeyriyyə təşkilatı olan Madrid Klubunun prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vaira Vīķe-Freiberganın doğum gününün 80-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Latviya hökumətinin rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və nümayəndələri, həmçinin bir sıra ictimai-siyasi xadimlər iştirak etmişlər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundov xanım Vaira Vīķe-Freiberganı doğum günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir. Xanım Freiberganın Latviya Respublikasının siyasi və dövlətçilik sferalarındakı mühüm rolu qeyd edən Cavanşir Axundov ona ən xoş arzularını çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər