2018-03-19
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Avropa Komissiyasının Latviya Nümayəndəliyinin təşkil etdiyi toplantıda iştirak etmişdir

   Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov    “Avropa İli: Mədəni irsin qorunması” tədbiri ilə əlaqədar    Avropa Komissiyasının  Latviya  Nümayəndəliyinin təşkil etdiyi  toplantıda  iştirak etmişdir.  Avropa Komissiyasının Latviya Nümayəndəliyinin rəhbəri İnna Şteynbuka   tədbirin əhəmiyyətindən danışmış və onun silsiləvi səciyyə daşıdığını qeyd etmişdir.    Latviyanın görkəmli şair və ictimai xadimləri Yan Raynis və Aspaziyanın  ev-muzeyində reallaşan bu tədbirdə    1918-ci ildə   müstəqillik əldə etdikdən  sonra Latviya mədəniyyətinin  müxtəlif sahələrində -  ədəbiyyat, təsviri sənət, memarlıqda  qazandığı  nailiyyətlər haqqında  tanınmış alimlərin məruzələri  dinlənilmişdir.  Tədbir çərçivəsində səfir C.Axundov Raynis və Aspaziyanın  ev-muzeyinin ekspozisiyası ilə tanış olmuşdur. Muzeyin  əməkdaşları ilə söhbət əsnasında səfir, Raynis yaradıcılığının Azərbaycanda da tanındığını, onun əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd etmişdir.  Azərbaycan ədəbiyyatının  Latviyada daha geniş təbliğ olunması zəruriyyətindən söz açan səfir qarşılıqlı ədəbi-bədii  tədbirlərin keçirilməsinin önəmini  vurğulamış, məsələn,  muzeyin salonlarında Azərbaycan və Latviya  ədiblərinin iştirakilə poeziya axşamlarının təşkili  imkanlarını müzakirə etmişdir. Belə tədbirlər, C.Axundovun təbirincə, ölkələrimiz arasında   xoş  münasibətlərin, qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcəkdir.RaynisRaynis)asp

Raynis-1

növbəti xəbər əvvəlki xəbər