2018-04-06
04.04.2018-ci il tarixində Riqa şəhərində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Cari ilin 4 aprel tarixində Latviya Universitetinin akademik kitabxanasında azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş dəyirmi masa formatında anım tədbiri keçirilmişdir. Geniş tərkibdə həyata keçirilən tədbirdə Latviyanın tanınmış tarixçiləri, yerli jurnalistlər, Latviya XİN nümayəndələri, Latviyanın sabiq mədəniyyət naziri xanım Karina Petersone, Latviya Universitetinin professorları və Latviyada yaşayan diasporumuzun fəxri üzvləri iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Cavanşir Axundov 1918-ci ildə Azərbaycanın dinc əhalisinə qarşı erməni quldurları və “Daşnaksutyun” partiyasının hərbi hissələri tərəfindən törədilmiş vəhşiliklər haqda ətraflı məlumat vermişdir.

Latviyalı tarixçilərin çıxışları zamanı 1918-1920-ci illərdə Latviyada baş verən siyasi hadisələr haqda ətraflı danışılmış və eyni zamanda Azərbaycanda sözügedən dövr ərzində baş verən proseslərlə müqayisəli təhlil aparılmışdır.

Tədbir çərçivəsində azərbaycanlıların soyqırımına həsr edilmiş qısa video çarx da nümayiş etdirilmişdir.

RR__0165

RR__0166

RR__0178

RR__0177

növbəti xəbər əvvəlki xəbər