2018-04-11
Latviyadakı azərbaycanlı seçicilərin 95,2 faizi səsvermədə iştirak edib

Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış 2 saylı Yasamal on altıncı seçki dairəsinin 37 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb. Seçicilərin 95,2 faizi səsvermədə iştirak edib.

Azərbaycanın səfiri Cavanşir Axundov Latviyada yaşayan həmvətənlərimizin öz vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirmələrindən məmnunluğunu bildirib. O, xüsusilə qeyd edib ki, seçkilərdə azərbaycanlı gənclər arasında siyasi fəallığın artması əyani şəkildə nümayiş olunub.

Riqadakı seçki məntəqəsində səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.

15234639452580263702_1000x669

152346394517864003_1000x669

15234635004342862274_1000x669

1523463500182141057_1000x669

növbəti xəbər əvvəlki xəbər