2018-04-13
Latviyanın tanınmış “TV NET” (www.tvnet.lv) informasiya portalında Azərbaycanda keçirilmiş 11 Aprel prezident seçkiləri haqqında məlumat yayılmışdır.

2018-ci ilin 11 aprel tarixində Latviyanın tanınmış “TV NET” (www.tvnet.lv) informasiya portalında “Əliyev Azərbaycanda keçirilmiş prezident seçkilərində 86 faiz səslə qalib gəldi” başlıqlı məqalə yayılmışdır.

Məqalədə Fransanın “Opinion Way” sosial tədqiqat institutuna istinadən prezidentliyə Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyevin 86,53 faiz səs topladığı bildirilmişdir.

Həmçinin MDB ölkələri müşahidə missiyasına istinadən seçkilərin aktiv, təşkilatlı və ölkə qanunlarına uyğun şəkildə keçdiyi, heç bir ciddi pozuntunun qeydə alınmadığı diqqətə çatdırılmışdır.

Məqalədə daha sonra Prezident İlham Əliyevin növbəti səlahiyyət müddətində Azərbaycanda gözlənilən yeni inkişaf prosesləri və Prezidentin həyat və fəaliyyəti barədə məlumat verilmişdir.

əvvəlki xəbər