2018-05-11
Riqada Böyük Vətən Müharibəsində qazanılmış qələbənin 73-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Cari ilin 9 may tarixində Riqada Səfir Cavanşir Axundov Böyük Vətən Müharibəsində qazanılmış qələbənin 73-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmişdir. Tədbirlər çərçivəsində müharibədə həlak olanların məzarları üzərinə əklillər qoyulmuşdur.

Anım mərasimində çıxış edən səfir C.Axundov müharibə zamanı Azərbaycan tərəfinin verdiyi qurbanlar haqda danışmış və qələbənin əldə olunmasında xalqımızın xidmətlərini xüsusi vurğulamış, müharibənin gedişi zamanı sovet tank və təyyarələrinin yanacaqla təmin olunmasında ölkəmizin neftçilərinin və əmək veteranlarının, o cümlədən ön və arxa cəbhələrdə mübarizə aparmış həmvətənlərimizin müstəsna rolunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

əvvəlki xəbər