2018-10-19
Riqada “Hər şey Latviya üçün” adlı rəqs müsabiqəsi keçirilib

Latviyanın 100 illiyinə həsr olunmuş müsabiqədə bu ölkədə yaşayan xalqların nümayəndələri milli rəqsləri ilə çıxış ediblər. Riqada yaşayan azərbaycanlı həmvətənlərimizin “Çinar” rəqs ansamblı da müsabiqəyə qatılan 600 qrup arasında fərqlənərək finala yüksəliblər.

“Çinar” rəqs qrupunda çıxış edən Ayla Cəfərova, Əminə Mahmudova və Emiliya Mahmudova “Sarı gəlin” rəqsi ilə finala çıxan 44 qrupun arasındadırlar.  

Latviyada yaşayan mütəlif xalqların nümayəndələrinin iştirak etdiyi müsabiqə artıq üçüncü ildir ki keçirilir. Məqsəd xalqlararası mədəniyyətlərin vəhdəti, onların Latviya tərkibində milli mənsubiyyətinin dərk edilməsi, həmçinin bu ölkəyə olan bağlılıqlarnın gücləndirilməsidir. Bu ilki tədbir Riqa Şəhər Meriyası tərəfindən Riqa Dumasının təhsil, mədəniyyət və idman departamentinin dəstəyi ilə həyata keçirilib.

Final oktyabrın 22-də baş tutacaq.

növbəti xəbər əvvəlki xəbər