2018-11-13
Səfir Cavanşir Axundov Riqa Ali Hüquq Məktəbinin təşkil etdiyi növbəti ixtisasartırma kursunun açılış mərasimində iştirak edib.

Riqa Ali Hüquq Məktəbinin Avropa İttifaqı ilə birgə həyata keçirdiyi, Avropa qonşuluq siyasəti, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri üçün təşkil edilən Avropa İttifaqı Hüququ və İqtisadiyyatı üzrə növbəti ixtisasartırma kursunun cari ilin 12 noyabr tarixində açılış mərasimi keçirilib. Mərasimdə səfir Cavanşir Axundov da iştirak etmişdir

Tədbirdə çıxış edən Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs proqram haqda ətraflı məlumat vermişdir.

Sözügedən kursda Azərbaycan tərəfindən beş nəfər iştirakçı qatılıb. Riqa Ali Hüquq Məktəbinin qeyd edilən proqramı 1998-ci ildən fəaliyyət göstərir.

Dekabrın 21-dək davam edəcək proqram çərçivəsində iştirakçılar Brüsseldə, Lüksemburqda olacaq, yerli idarəetmə orqanlarında təcrübə keçəcəklər

növbəti xəbər əvvəlki xəbər