2018-11-21
16-18 noyabr tarixlərində Latviya Respublikasının Dövlət Müstəqilliyinin 100-cü ildönümü münasibətilə rəsmi tədbir keçirilmişdir

2018-ci ilin 16-18 noyabr tarixlərində səfir Cavanşir Axundov Latviya Respublikasının Dövlət Müstəqilliyinin 100-cü ildönümü münasibətilə keçirilən rəsmi tədbir və dövlət mərasimlərində iştirak etmişdir. Rəsmi tədbirlər çərçivəsində səfir Latviya Respublikasının xarici işlər nazirinin adından verilmiş rəsmi qəbulda, Riqa Kafedral Kilsəsində keçirilmiş ekumenik xidmət mərasimində, Latviya Seyminin sədri  adından parlamentdə keçirilmiş mərasim sessiyasında, Azadlıq abidəsinin önünə gül qoyma mərasimində, Latviya silahlı qüvvələrinin hərbi paradında və Latviya Respublikasının prezidenti adından Latviya Milli Teatrında keçirilmiş konsert proqramında iştirak etmişdir.

növbəti xəbər əvvəlki xəbər