2019-01-21
Səfir Cavanşir Axundov Latviyada 20 Yanvar - "Barikada Müdafiəçilərinin Anım Günü" münasibətilə keçirilən rəsmi mərasimdə iştirak etmişdir.

Latviya Seyminin sədri xanım İnara Murnietsenin rəhbərliyi ilə keçirilən mərasimdə Latviya ictimaiyyətinin tanınmış üzvləri, dövlət və hökumət nümayəndələri iştirak etmişlər.

20 Yanvar hadisələrinin Azərbaycan (1990) və Latviya (1991) xalqlarının milli azadlıq mücadiləsi  yolunda oxşar tarixi mahiyyətini nəzərə alaraq, ölkədə fəaliyyət göstərən diplomatik korpusun üzvləri sırasından yalnız səfir C. Axundov dəvət edilmişdir.

Tədbir iştirakçıları faciə qurbanlarının məzarı və “Azadlıq” abidəsinin önündə keçirilən  əklil qoyma mərasimində iştirak etmiş, Latviya xalqının milli azadlıq mübarizəsi yolunda həlak olanların xatirəsini çıxışlarla yad etmişlər.

növbəti xəbər əvvəlki xəbər