2019-02-08
Səfir Cavanşir Axundov Latviya romlarının Mədəniyyət Mərkəzinində olmuşdur

Fevralın 6-da Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov  Latviya romlarının  Mədəniyyət  Mərkəzinin rəhbəri,   Beynəlxalq  Rom İttifaqının ali komissarı, Latviya Respublikası Prezidenti yanında  millətlərlə iş üzrə məşvərət şurasının üzvü Normund Rudeviçin dəvəti ilə  mərkəzdə omuşdur.  Görüş zamanı N.Rudeviç Mərkəzin işi barədə  söz açmış,  qonaqları mərkəzin muzeyinin eksponatları - Latviya romlarının tarixinə dair sənədlər, rəssam Karlis Rudeviçin yaradıcılığı, boyakarlıq əsərləri ilə tanış etmişdir. N.Rudeviç romların növbəti beynəlxalq  konqresində Azərbaycan təmsilçilərinin də  iştirak edəcəyinə əminliyini bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər