2019-07-11
Latviya Respublikasının Yekabpils şəhərində Azərbaycan Guşəsi açılmışdır.

Cari ilin iyul ayının 6-da Latviya Respublikasının Yekabpils şəhərində ənənəvi “Şəhər günü” bayramı keçirilmişdir. Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda Azərbaycan Guşəsinin (Bakının şəhər mənzərələri tablosu və skamya) açılışı olmuşdur. Açılış mərasimində Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyinin birinci katibi Tural Rəhimov, Yekabpils şəhərinin meri Ayvars Karps, digər qardaşlaşmış şəhərlərin rəhbərləri, Latviya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Qeyd olunmalıdır ki, Yekabpils şəhəri ilə Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsi arasında 2012-ci ilin 15 avqustunda imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşmış şəhər münasibətləri qurulmuşdur. Bu günə qədər Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarusiyanın Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradılmışdır. Xüsusi tərtibatla salınmış istirahət guşələrində həmin şəhərlər və mənsub olduqları ölkələr haqqında məlumatlar öz əksini tapır. Məlumatlar latış, rus, ingilis və həmin ölkələrin dilindədir.

Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunmuşdur. Guşədə  Azərbaycan, Bakı və Suraxanı rayonları haqqında məlumatlar latış, rus, ingilis və Azərbaycan dillərində yazılmışdır. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da əks olunmuşdur.

Açılış mərasimində Yekabpils şəhərinin meri Ayvars Karps çıxış edərək Bakı şəhərinin Suraxanı rayonu ilə sıx əməkdaşlıq etdiklərini bildirmişdir. Müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan böyük təəssüratlar aldığını qeyd edən mer, Dauqava çayının sahilindəki xiyabanda dostluğun simvolu olan Azərbaycana həsr olunmuş bir guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirmişdir.

Sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə şəhər meriyasına minnətdarlığını bildirərək, bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın gücləndirilməsinə növbəti bir töhfə olduğunu qeyd etmişdir. İlqar Abbasov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışmış, şəhərlərimizin, o cümlədən Bakının daha da gözəlləşməsini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, istirahət guşəsində Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində ölkəmizə xüsusi maraq yaradacaq, xalqlararası mədəni təmaslar və dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəkdir. 

Tədbir iştirakçıları Azərbaycan guşəsində xatirə şəkilləri çəkdirmişlər.

Açılışdan sonra Yekabpils şəhər meriyasında şəhər bayramı ilə əlaqədar rəsmi qəbul keçirilmişdir. Tədbirdə çıxış edən İlqar Abbasov Yekabpils şəhər günü münasibəti ilə təbriklərini yetirərək, Azərbaycan guşəsinin açılışına görə bir daha şəhər rəhbərliyinə öz təşəkkürünü bildirmiş, ölkələrimiz və xalqlarımız arasında yaxın dostluq və əməkdaşlıq əlaqələrinin gələcək inkişafına əminliyini ifadə etmişdir.

Çıxışın ardınca  Yekabpils şəhər meriyasına Azərbaycana dair xatirə - suvenirlər  hədiyyə edilmişdir.

Tədbir Latviya mətbuatında işıqlandırılmışdır.

CTPK1565

ESSU6013

IMG_3818

LLAE2023

LYNK2864

QWBD6239

UXFA0992

növbəti xəbər əvvəlki xəbər