2019-11-25
Azərbaycan Latviyada xeyriyyə yarmarkasında təmsil olunub

2019-cu ilin 24 may tarixində Riqa Beynəlxalq Qadınlar Klubu (RBQK) tərəfindən Latviya Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklər üçün “23-cü RBQK Xeyriyyə Bazarı” (“23rd RIWK Charity Bazaar”) təşkil edilmişdir.
Riqa şəhərinin mərkəzi “Radisson Blue” otelində keçirilən bu xeyriyyə-ticarət yarmarkasında Latviya Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklər öz sərgi-ticarət guşələri ilə təmsil olunmuşlar.
Səfirliyimizə məxsus olan guşədə Azərbaycan mətbəxinə aid milli təamlar, suvenirlər, habelə bu gün Latviya bazarında geniş yayılmış milli çay, şərab, meyvə şirələri və s. ərzaq və qida məhsullarının sərgi və satışı həyata keçirilmişdir.
Tədbirdə iştirak edən Riqa şəhər sakinləri və Latviya içtimaiyyətinin nümayəndələri Azərbaycan guşəsinə xüsusi maraq göstərmiş və milli stendimizin fonunda xatirə şəkilləri çəkdirmişlər.
Tədbirin yekununda Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərində fəaliyyət göstərən “Çinar” Azərbaycan Milli Rəqs Qrupunun ifasında milli rəqs nümunələri ifa edilmişdir. Xüsusilə Sarı Gəlin mahnısının sədaları altında ifa edilmiş milli rəqs tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanmışdır.

image00045

image00051

image00054

image00064

image00094

image00098

image00113

image00117

növbəti xəbər əvvəlki xəbər