2019-12-24
Rəsul Rzanın “Rənglər”i latış dilində nəşr olunub

2019-cu ildə  Latviyanın “Petergalis” nəşriyyatında  görkəmli Azərbaycan şairi Rəsul Rzanın “Rənglər” şeir silsiləsi işıq üzü görüb. Şeirləri latış dilində Uldis Berzinş   çevirib. “Üç ulduz” ordeninin, ədəbiyyat sahəsində bir sıra mükafatların sahibi U.Berzinş, Latviyanın ən  tanınmış  şairlərindən biri,  “tərcümənin kralı” adına layiq görülmüş məşhur mütərcimdir. O, qədim island, rus, polyak, türk, fars, ərəb, qədim yəhudi, türkmən dilindən tərcümələr edir. Latviyalı oxucular Berzinşin tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanını, habelə  Mikayıl Müşfiq, Səməd Vurğun,  Məmməd Araz, Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Ramiz Rövşən və başqa Azərbaycan şairlərinin şeirlərini oxumaq imkanı əldə etmişlər. U.Berzinş  15 il ərzində “Quranın” latış dilinə tərcüməsi üzərində çalışmışdır.

“Rənglər” Berzinşin  75 illik yubileyi ilində nəşr edilib. Kitaba illüstrasiyaların müəllifi  rəssam  Yuris Petraşkeviçdir. Ön sözü redaktor, şair  İnqmara Bolode yazmışdır.

N-0qZMNSJ1Us_400x600_2mRPEZPf

Uldis_Bērziņš (1)

növbəti xəbər əvvəlki xəbər