Müqavilə-hüquq bazasi

Azərbaycan Respublikasının Latviya Respublikası ilə imzaladığı sənədlərin siyahısı (41 sənəd);

1992

1. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Riqa, 30 noyabr 1992

31 dekabr 2003-cü il tarixində qüvvədən düşmüşdür.

2. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlığın prinsipləri haqqında Saziş. Riqa, 30 noyabr 1992

İmzalandığı andan qüvvəyə minmişdir. 1 may 2004-cü il tarixindən ləğv edilmişdir.

3. Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ilə Latviya Respublikasının Xarici Ticarət Nazirliyi arasında ticarət nümayəndəlikləri haqqında Saziş. Riqa, 30 noyabr 1992

1993

 

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Riqa, 18 yanvar 1993 

2001

5. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş. Bakı, 10 iyul 2001

Azərbaycan Respublikasının 253-IIQ saylı, 1 fevral 2002-ci il tarixli Qanunu ilə təsdiq edilib.

Bu barədə AR XİN-nin 488-11 saylı, 12 aprel 2002-ci il tarixli Notası təqdim edilmişdir.

26 may 2002-ci il tarixindən qüvvəyə minmişdir.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 10 iyul 2001

Azərbaycan Respublikası Prezidentinin 357 saylı, 7 yanvar 2002-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

İmzalandığı andan qüvvədədir. 

2005

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Latviya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 15 avqust 2005

Azərbaycan Respublikasının 1017-IIQ saylı, 30 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-2294/03 saylı, 29 noyabr 2005-ci il tarixli Notası təqdim edilmişdir.

6 dekabr 2005-ci il tarixindən qüvvəyə minmişdir.

8. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikası Prezidentinin 1296 saylı, 13 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

28 fevral 2006-cı il tarixindən qüvvəyə minmişdir.

9. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikasının 63-IIIQ saylı, 1 mart 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-564/02 saylı, 7 aprel 2006-cı il tarixli Notası göndərilmişdir.

Latviya XİN-nin 41/2017-10504 saylı, 30 dekabr 2005-ci il tarixli Notası təqdim edilmişdir.

10 may 2006-cı il tarixindən qüvvəyə minmişdir.

10. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikasının 64-IIIQ saylı, 1 mart 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-566/02 saylı, 7 aprel 2006-cı il tarixli Notası təqdim edilmişdir.

Latviya tərəfinin 41/1522-8336 saylı, 20 oktyabr 2005-ci il tarixli Notası göndərilmişdir.

19 aprel 2006-cı il tarixindən qüvvəyə minmişdir.

 11. Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamə. Bakı, 3 oktyabr 2005

İmzalandığı andan qüvvəyə minmişdir.

12. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım haqqında Saziş. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikasının 65-IIIQ saylı, 1 mart 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-567/02 saylı, 7 aprel 2006-cı il tarixli Notası təqdim edilmişdir.

Latviya tərəfinin 41/464-2875 saylı, 4 aprel 2006-cı il tarixli Notası göndərilmişdir.

6 iyul 2006-cı ildən qüvvəyə minir.

 13. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Latviya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikası Prezidentinin 1296 saylı, 13 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

14.  Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya. Bakı, 3 oktyabr 2005

Azərbaycan Respublikasının 62-IIIQ saylı, 1 mart 2006-cı il tarixli Qanunu ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-565/02 saylı, 7 aprel 2006-cı il tarixli Notası təqdim edilmişdir.

Latviya XİN-nin 41/2005-10444 saylı, 27 dekabr 2005-ci il tarixli Notası təqdim edilmişdir.

19 aprel 2006-cı il tarixindən qüvvəyə minmişdir.

2006

15. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikasının Prezidentinin Birgə Bəyannaməsi. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikasının 242-IIIQ saylı, 16 fevral 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

AR XİN-nin 5/11-594/03/07 saylı, 27 mart 2007-ci il tarixli Notası təqdim edilmişdir.

16. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikası Prezidentinin 1944 saylı, 6 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-408/03/07 saylı, 26 fevral 2007-ci il tarixli Notası təqdim edilmişdir.

17. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikası Prezidentinin 1944 saylı, 6 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-408/03/07 saylı, 26 fevral 2007-ci il tarixli Notası təqdim edilmişdir.

18. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikasının 243-IIIQ saylı, 16 fevral 2007-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir.

AR XİN-nin 5/11-589/03/07 saylı, 27 mart 2007-ci il tarixli Notası təqdim edilmişdir.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Latviya Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikası Prezidentinin 1944 saylı, 6 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-408/03/07 saylı, 26 fevral 2007-ci il tarixli Notası təqdim edilmişdir.

20. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Latviya Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikası Prezidentinin 1944 saylı, 6 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-408/03/07 saylı, 26 fevral 2007-ci il tarixli Notası təqdim edilmişdir.

21. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Latviya Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006

Azərbaycan Respublikası Prezidentinin 1944 saylı, 6 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Bu barədə AR XİN-nin 5/11-408/03/07 saylı, 26 fevral 2007-ci il tarixli Notası təqdim edilmişdir.

2007

22. “AR Mədəniyyət Nazirliyi ilə Latviya Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”in 6-cı maddəsinə əsasən “M.F.Axundov adına Azərbaycan Milli kitabxanası ilə Latviya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Saziş”

2008

23.Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi Xidməti arasında əməkdaşlığa dai Saziş. Bakı, 27 fevral 2008-ci il.

Azərbaycan Respublikası Prezidentinin 2789 saylı, 2 may 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

2009

24. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 25 iyun 2009-cu il.

25. Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyanatı. Bakı, 10 avqust 2009-cu il.

26. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında saziş. Bakı, 10 avqust 2009-cu il.

27. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş. Bakı, 10 avqust 2009-cu il.

28. Azərbaycan Respublikasının Standartlaşdırma, metrologiya və patent üzrə Dövlət Komitəsi ilə Latviya Respublikasının Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu. Bakı, 10 avqust 2009-cu il. 

2011

29.Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsi. Riqa, 17 yanvar 2011-ci il.

30. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 17 yanvar 2011-ci il.

31. Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Latviya Respublikasının Dövlət gəlirləri Xidməti arasında vergilər sahəsində əməkdaşlıq haqqında Saziş. Riqa, 17 yanvar 2011-ci il.

 2012

32.“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” Bakı şəhəri, iyun 7, 2012

33. “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”, Riqa şəhəri, 27 avqust 2012-ci il

34. Azərbaycan Respublikası Mədəniyyət və turizm nazirliyi və Latviya Respublikası Mədəniyyət nazirliyi arasında 2012-2014-cü illər üçün mədəni əməkdaşlıq Proqramı. Riqa, 17.10.2012-ci il. 

2014

35. Latviya Respublikasının Nəqliyyat Nazirliyi və “AZAL” QSC arasında “Hava nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq məsələləri haqqında” memorandum imzalanıb. 16 yanvar 2014-cü il Bakı şəhəri

36. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Latviya Respublikası Elmlər Akademiyası arasında “elmi-innovasiya potensialı sahəsində ikitərəfli əlaqələrin inkişafı haqqında” memorandum imzalanıb. 16 yanvar 2014-cü il Bakı şəhəri

37. Azərbaycanın və Latviyanın elmlər akademiyaları arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. 22 may 2014-cü il, Riqa

38. Avropa İttifaqı və Azərbaycan arasında viza sadələşdirilməsi və readmissiya razılaşması 1 sentyabr 2014-cü il tarixindən qüvvəyə minib. Razılaşmaya əsasən Azərbaycan Respublikası və Latviya Respublikası arasında diplomatik pasport sahibləri üçün gediş-gəliş vizasız həyata keçirilir.

39. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilmişdir. 17 noyabr 2014-cü il, Bakı şəhəri

2015

40. Latviya Seyminin Azərbaycanla parlamentlərarası dostluq qrupunun iclasında Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib və Xocalı soyqırımı ilə əlaqədar, Azərbaycanla parlamentlərarası dostluq qrupu adından və ümumilikdə 53 deputatın dəstəyi ilə bəyanat qəbul edilib. 25 fevral 2015-ci il, Riqa.

41. Noyabr ayının sonlarında Latviya Respublikasının Rifah Nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri və səfər çərçivəsində əvvəlcədən razılaşdırılmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Latviya Respublikasının Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi səhəsində əməkdaşlıq haqqında Saziş"-in imzalanması gözlənilir. 

2106

42.15 iyun tarixində Latviyanın paytaxtı Riqa şəhərində Latviya Respublikasının Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclası keçirilmişdir. İclasın yekununda Hökumətlərarası Komissiyanın yekun protokolu imzalanmışdır.

2017

43. Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş imzalanıb Bakı 14 fevral 2017-ci il


Arxiv üzrə axtarış