Azərbaycan Respublikası vətəndaşlığından çıxılması

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır.anket.pdf Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin uşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 4 rəngli fotoşəkil (35 mm x 45 mm);
  2. Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
  3. 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); (Şəkillərin anketlərə yapışdırılmasını xahiş edirik);
  4. 60 ABŞ dolları dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2. maddəsi)
  5. Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surətləri (doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və s.);
  6. Tərcümeyi-hal;
  7. Latviya Respublikası rəsmi orqanları tərəfindən müraciət edən şəxsin Latviya vətəndaşlığına qəbul edilməsinə dair verilmiş təminat məktubunun əsli;
  8. Yaşayış yeri haqqında arayış;
  9. Ərizəçinin Latviya Respublikasında  yaşamaq haqqında icazəsi və onun Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi;
  10. Valideynin 18 yaşı tamam olmamış uşağın vətəndaşlıqdan çıxması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi;
  11. Latviya dilində təqdim olunan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcümə olunmalıdır;

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır. Eyni zamanda vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüter vasitəsilə yazılmasını xahiş edirik.

Azərbaycan Respublikası vətəndaşlığından çıxılması ilə bağlı  müraciətlərə 6-12 ay müddətinə baxılır.