2020-03-13
LATVIYA RESPUBLIKASINDA YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ DİQQƏTİNƏ

Əziz həmvətənlərimiz,

 

COVİD-19 yeni növ koronovirus infeksiyasının yayılması ilə bağlı Latviya Respublikası ərazisində 2020-ci ilin 13 mart tarixindən 14 aprel tarixinə qədər fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar Səfirlik Azərbaycan Respublikası vətəndaşlarına tövsiyə edir:

  • COVİD-19 yeni növ koronovirus infeksiyası ilə bağlı Latviya Respublikası Hökuməti tərəfindən yayılan rəsmi məlumatlar və tövsiyələrə ciddi şəkildə əməl edilməsi – aşağıdakı internet səhifələrində yerləşdirilmiş məlumatlarla tanış olunması

https://spkc.gov.lv/lv/aktualitates/get/nid/787

http://www.vm.gov.lv/en/ministry/novel_coronavirus_covid19_advice_for_the_public1/

 

  • COVİD-19 yeni növ koronovirus infeksiyasına dair hər hansı sual olacağı təqdirdə bağlı Latviya Respublikasının Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzinə +3716 7501590 və ya +371 67387661 telefon nömrələri vasitəsilə müraciət etmək olar.

 

  • Vətəndaşlarımız arasında yoluxma riskinin mümkün qədərə azaldılması məqsədilə şəxsi gigiyena və təmizlik qaydalarına ciddi əməl edilməsi - əllərin sabunla tez-tez yuyulması, ictimai nəqliyyatdan mümkün qədər az istifadə edilməsi, insanların çox toplaşdıqları qapalı və açıq məkanlara gedilməməsi, dezinfeksiya tərkibli məhlullardan tez-tez istifadə edilməsi,

 

  • COVİD-19 yeni növ koronovirus infeksiyası ilə bağlı vətəndaşlarımızın Səfirliyin konsulluq şöbəsinə i iş saatları ərzində +371 67142892 və yaxud 24 saat ərzində +371 24962251 qaynar xətt vasitəsilə müraciət edilə bilər.

 

  • Yaranmış epidemioloji vəziyyətlə əlaqədar Səfirliyin Konsulluq şöbəsi məhdud rejimdə fəaliyyət göstərəcəkdir. Təcili konsulluq məsələləri ilə bağlı a_shirinov@mfa.gov.az elektron poçt ünvanına müraciət edilə bilər. Edilən müraciətdə vətəndaşımızın adı, soyadı və əlaqə vasitələri mütləq qeyd edilməlidir.

 

  • Hər hansı fövqəladə vəziyyətdə vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına düşmələri tövsiyə edilir.

 

 

Hörmətlə,

Azərbaycan Respublikasının Səfirliyi

RİQA

növbəti xəbər əvvəlki xəbər