2020-05-28
Azərbaycan Respublikasının milli bayramı - 28 May Respublika günü Latviyanın aparıcı “Riga 24” telekanalında işıqlandırılmışdır.

Azərbaycan Səfirliyinin təşkilatçılığı və AR-in “CBC” televiziya kanalının müvafiq video süjeti əsasında hazırlanmış reportajda ADR-in yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu və dünya demokratiya tarixinə töhfələri barədə geniş məlumat verilmişdir.
Tarixi video və foto materiallar əsasında hazırlanmış reportaj latış dilinə dublyaj edilmiş və kanalın “INFOLAIKS” (“Xəbər Vaxtı”|) proqramında nümayiş etdirilmişdir.
“Rīga 24” kanalı, Latviyada sənədli diskussiya proqramları təqdim edən unikal bir televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

növbəti xəbər əvvəlki xəbər