2020-07-21
AR XİN mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığına dair məlumatı

Bu ilin 17 iyul tarixində Azərbaycan respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov Gürcüstandan olan həmkarının təbriklərini qəbul edib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal  olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib. 

növbəti xəbər əvvəlki xəbər