2020-07-21
Səfir Cavanşir Axundov Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın latviyalı həmsədri - Latviya Respublikasının Nəqliyyat naziri Tālis Linkaits ilə görüşmüşdür.

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra məsələlər: iki ölkə arasında tranzit-ticarət, biznes və sərmayələrin təşviqi, müqavilə-hüquq bazasının genişləndirilməsi, mədəniyyət, turizm və digər sahələrdə
əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, bu sahələrdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və işgüzar dairələr arasında birgə təmasların təşviqinə qarşılıqlı razılıq ifadə edilmişdir

IMG_3981

növbəti xəbər əvvəlki xəbər