2020-09-03
Həmyerlimiz Roman Əliyev Latviya Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir.

Həmyerlimiz Roman Əliyevin rəhbərlik etdiyi Riqa Klassik Gimnaziyası təhsil sahəsində nailiyyətlərə görə “Atis Kronvald Fondu” tərəfindən ölkənin ən qabaqcıl gimnaziyaları arasında keçirilən ümum-ölkə müsabiqəsində 1-ci yer tutmuşdur. Bununla əlaqədar məktəbin direktoru - Latviya Respublikasının Prezidenti yanında Milli Azlıqlar Üzrə Məşvərət Şurasının sədri və “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Professor Roman Əliyev Latviya Respublikasının Prezidenti Eqils Levits və Fondun rəhbəri Henrix Danuseviç tərəfindən “Böyük Bayquş” mükafatı ilə təltif edilmişdir.
Qeyd etməliyik ki, 1994-cü ildə təsis edilmiş “Atis Kronvald Fondu” və “Böyük Bayquş” mükafatının əsas təyinatı Latviyada təhsilə verilən önəm və diqqətin artırılması, istedadlı müəllim və tələbələrin qiymətləndirilməsi və həvəsləndirilməsi tədbirlərini həyata keçirməkdən ibarətdir.

WhatsApp Image 2020-09-03 at 14.53.27

WhatsApp Image 2020-09-03 at 14.53.28

WhatsApp Image 2020-09-03 at 14.53.27 (1)

növbəti xəbər əvvəlki xəbər