2020-09-11
2020-ci ilin 27 avqust tarixində Latviya Respublikasının Valmiera şəhərində xeyriyyə və təşviqat xarakterli fəaliyyət göstərən Valmiera Şəhər Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr edilmiş mədəni tədbir keçirilmişdir.

Tədbir Avropa İttifaqının təşəbbüsü olan Avropa Həmrəylik Korpusunun Şərq Tərəfdaşlıq Ölkələri üzrə Latviyadan olan könüllüsü Samanta Berga tərəfindən açılış sözü ilə başlamışdır. Samanta Berga “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin dəvəti ilə 2019-2020-ci illər olmaqla Sumqayıt şəhərində yaşadığı bir il ərzində ölkəmiz haqqında topladığı müsbət təəssüratlar və ümumilikdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, mədəniyyəti, musiqisi və milli mətbəxi barədə iştirakçılara məlumat vermişdir.

 Tədbirin gedişində iştirakçılara paxlava, şəkərbura və qutabın hazırlanması qaydaları əyani şəkildə göstərilmiş, bişirilərək çay ilə birlikdə təqdim edilmişdir. Həmçinin, milli rəqslərimizdən nümunələr göstərilmişdir.

Tədbirin sonunda iştirakçıların fəal şəkildə cəlb olunduğu viktorina keçirilmiş, qaliblərə  Azərçay və yerli istehsal olan müxtəlif kompotlar təqdim olunmuşdur.

IMG_7308

əvvəlki xəbər