2020-10-02
Latviya Seyminin deputatı: Azərbaycan yalnız öz torpaqlarını qoruyur

Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvü Aleksandr Kirşteyns son erməni təxribatları ilə əlaqədar bu ölkənin TV24 telekanalına müsahibə verib.

Latviyalı deputat Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, işğal olunmuş ətraf rayonların Dağlıq Qarabağın ərazisinə aidiyyətinin olmaması, Azərbaycanın yalnız öz torpaqlarını qoruması kimi məqamlara toxunub. Deputat Qarabağın gec və ya tez Azərbaycana qaytarılacağını və bunun rəsmi Bakı tərəfindən heç zaman gizlədilmədiyini bildirib. Aleksandr Kirşteyns, həmçinin Türkiyənin bölgədə sabitləşdirici rol oynadığını vurğulayıb.

Qeyd edək ki, ki, Aleksandr Kirşteyns bir müddət əvvəl öz şəxsi “Twitter” hesabında da Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini bildirib.

növbəti xəbər əvvəlki xəbər