2020-10-03
Avropa Parlamentinin Latviyadan olan deputatı Sandra Kalniete cari ilin 27 sentyabr tarixində törədilmiş son erməni təxribatları ilə əlaqədar Latviyanın TV24 telekanalına müsahibə vermişdir.

Müsahibəsində xanım S. Kalniete böyük enerji infrastrukturunun mövcud olduğu bir regionda yaşanan son hadisələrdən narahatçılığını ifadə etmişdir. O, “Dağlıq Qarabağ ilə yanaşı Azərbaycan ərazilərinin bir hissəsinin işğal edildiyini” bildirmiş, ölkəmizin ərazi bütövlüyünün Minsk Qrupu ölkələri, Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənməsinin “beynəlxalq hüquqa uyğun olduğunu” söyləmişdir.

növbəti xəbər əvvəlki xəbər