2020-10-30
Azərbaycanın Latviyadakı səfirliyinin önündə Bərdə qurbanlarının əziz xatirəsinin yad edilməsi məqsədilə guşə yaradılıb.

Latviyadakı vətəndaşlarımız, həmyerlilərimiz səfirlik önünə gələrək Ermənistanın Bərdədə törətdiyi müharibə cinayətindən sonra çəkilmiş şəkillərin önünə qərənfillər düzür, həlak olanların xatirəsini ehtiramla yad edir.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri 2020-ci ilin 27 oktyabr və 28 oktyabr tarixlərində Bərdəyə raket zərbələri endirib, nəticədə mülki şəxslər həlak olub, yaralananlar var.

növbəti xəbər əvvəlki xəbər