İkitərəfli münasibətlər haqqında məlumat

 

Azərbaycan Respublikası və Latviya Respublikası arasında münasibətlər

Latviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə  qurulmuşdur.

Azərbaycan Respublikasının Latviya Respublikasında Səfirliyi 2005-ci ildə açılmışdır.

Latviya Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 2006-cı ildə açılmışdır.

 

Azərbaycan Respublikası və Latviya Respublikası arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf etmişdir. İki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir.

 

16-18 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasına rəsmi səfər etmişdir.

 

16-17 mart 2017-ci il tarixində Latviya Respublikasının Prezidenti cənab Raymonds Veyonis Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

2017-ci ilin 12-14 fevral tarixlərində Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmişdir

 

12-13 dekabr 2019-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasına rəsmi səfəri etmişdir.

 

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qrupun rəhbəri Kamran Bayramovdur.

Latviya Seymində Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Roman Naudinşdir.

 

Müqavilə-hüquq bazası

 

Azərbaycan və Latviya arasında 43 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

47 Latviya şirkəti Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində fəaliyyət göstərir.


 

2005-ci ilin 3 oktyabr tarixində iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılmışdır. Komissiyanın indiyədək 7 iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış