2015-02-22
Riqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə anma mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xocalı Soyqırımının 22-ci il dönümünə dair Riqa şəhərində keçirilmiş silsilə tədbirlər
Carı ilin 22 fevral tarixində Riqadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində bəşəriyyətə qarşı törədilmiş cinayətdən danışmışdır.
26 fevral tarixində Xocalı soyqırımınına dair silsilə tədbirlərin davamı olaraq Riqa şəhərinin Latviya Universiteti, Riqa Ali Hüquq Məktəbi, Riqa Texnik Universiteti, Beynəlxalq Baltik Akademiyası və Turiba Universitetində Soyqırımı özündə əks etdirən foto stendlər qurulmuş, video görüntülər nümayiş edilmişdi. Tələbələrin təşəbbüsü və Səfirliyin dəstəyi ilə keçirilən bu təbliğat tədbirlərinin məqsədi 22 il öncə törədilmiş qanlı faciənin bəşəriyyətin ən qatı
cinayətlərdən biri olduğunu gənc nəslin diqqətinə çatdıraraq ibarət idi.
Daha sonra şəhərin mərkəzində yerləşən Riqa dumasının qarşısından azadlıq heykəlinin önünə qədər “Azəri” gənclər cəmiyyətinin təşəbbüsü ilə Latviyada təhsil alan azərbaycanlı tələbələr və onların əcnəbi tələbə yoldaşları, diaspora nümayəndələrinin iştirakı ilə yürüyüş keçirilmişdir. Bu yürüyüş zamanı Riqada yaşayan yerli və əcnəbi vətəndaşlar arasında Xocalı Soyqırımını özündə əks etdirən braşurlar paylanmış, Soyqırıma dair məlumatlar ictimaiyyətə çatdırılmışdır.
Günün sonunda Riqadakı “Radisson” mehmanxanasının akt zalında Latviyadakı Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü və Səfirliyin dəstəyi ilə, Latviya rəsmilərinin, azərbaycanlı və xarici tələbələrin, diaspora nümayəndələrinin iştirakı ilə yekun tədbir keçirilmişdir.