2016-09-26

Azərbaycanın Latviyadakı səfirliyində səsvermə davam edir

Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi ilə əlaqədar referendum münasibətilə Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə sentyabrın 26-da Riqa vaxtı ilə 08:00-da başlanıb.

Məntəqə seçki komissiyasının sədri, Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibinə daxil olan 37 saylı seçki məntəqəsində seçicilərin əksəriyyəti artıq səs verib.

Səsvermə Riqa vaxtı ilə saat 19:00-dək davam edəcək.

Arxiv üzrə axtarış