2017-02-09

Səfir Cavanşir Axundov Liepaya şəhərinə səfər etmişdir.

Cari ilin 08 fevral tarixində Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri cənab Cavanşir Axundov və səfirliyin konsulluq məsələləri üzrə məsul əməkdaşı, III katib Şahin İsgəndərov Liepaya  şəhərinin meri  Uldis Sesksin dəvəti ilə Liepaya  şəhərinə səfər etmişlər. 

Səfərin məqsədi, Liepaya şəhəri ilə tanişlıq, icra strukturları ilə işçi münasibətlərinin möhkəmləndirilməsi, Azərbaycan və Latviya arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün görülə biləcək işlərə dair fikir mübadiləsinin aparılması, şəhərdə mövcud olan sərbəst iqtisadi zonalarda mövcud olan investisiya imkanlarının araşdırılması, Liepaya şəhərində yaşayan AR vətəndaşları və diaspora nümayəndələri ilə görüşün keçirilməsinə  istiqamətləndirilmişdir.    

Səfərin proqramına uyğun olaraq Liepaya şəhərinin meri cənab Uldis Sesks ilə görüş keçirilmişdir. Cənab U.Sesks ilkin olaraq şəhərin iqtisadi inkişaf perspektivləri haqqında məlumat vermişdir. İqtisadi əlaqələrin qurulması və gələcəkdə genişləndirilməsi üçün şəhərdə olan mövcud potensialı inkişaf etdirmək vaciblinini vurğulamışdır.  

Görüş zamanı Liepaya şəhərinin imkanlarını özündə əks etdirən təqdimat keçirilib. 

Arxiv üzrə axtarış