Latviya Prezidenti beynəlxalq sərgidə Azərbaycan pavilyonu ilə tanış olub
Sentyabrın 6-da Riqadakı “Kipsala” Beynəlxalq Sərgi Mərkəzində 22-ci Beynəlxalq “Riga Food – 2017” ərzaq, içki, qida emalı, texnologiyalar, qablaşdırma və ictimai iaşə sərgisi açılıb.
Sərginin açılışında Latviya Prezidenti Raymonds Veyonis, kənd təsərrüfatı naziri Yanis Duklavs, Latviyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və başqa rəsmi şəxslər iştirak ediblər.
Sərgidə 35 ölkədən təqribən 700 şirkətin məhsulları nümayiş etdirilir. Azərbaycan “Azərsun Holding” MMC-nin məhsullarını və Naxçıvan istehsalı olan məhsulları təqdim edib.
Latviya Prezidenti R.Veyonis açılış mərasiminin rəsmi hissəsi başa çatandan sonra sərgidə təmsil olunan ölkələrin pavilyonları ilə tanış olub. O, Azərbaycan pavilyonuna xüsusi diqqət yetirib.