Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundov Çin Xalq Respublikasının Yeni il bayramı münasibətilə Riqa şəhərində təşkil edilmiş tədbirdə iştirak etmişdir
10 fevral 2018-ci il tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində ÇXR-in bu ölkədəki Səfirliyinin və Riqada yerləşən Çin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Çin Xalq Respublikasının Yeni il bayramı münasibət ilə tədbir keçirilmişdir. Tədbirdə Latviya Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, o cümlədən Latviyada yaşayan çinlilər və yerli əhali iştirak etmişlər. Tədbirdə Çin mədəniyyətini özündə əks etdirən naxış salma və heykəltəraşlıq kimi incəsənət nümunələri nümayiş etdirilmiş, fotosərgi və Çin xalq musiqisi təqdim olunmuşdur.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundov Çin Xalq Respublikasının Latviya Respublikasındakı Səfiri cənab HUANG Yonga ən xoş arzularını çatdırmışdır.