2018-03-19

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd  Dadaşzadə  Quntars Pranislə görüşüb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd  Dadaşzadə  Vitol adına Latviya Musiqi Akademiyasının  yeni rektoru  professor,  sənətşünaslıq doktoru, görkəmli musiqi xadimi, bir sıra  musiqi  qruplarının  yaradıcısı  və bədii rəhbəri  Quntars Pranislə görüşüb. Söhbət əsnasında Azərbaycanın  musiqi tarixinə kiçik ekskurs edilib,  müstəqil Azərbaycanda milli  musiqi ənənələrinin qorunması və gələcək  nəslə ötürülməsi, musiqi mədəniyyətinin  müxtəlif sahələrinin  inkişafı ilə bağlı dövlətin gerçəkləşdirdiyi  məqsədyönlü siyasətdən, o  cümlədən Heydər Əliyev Fondunun genişmiqyaslı  səmərəli fəaliyyətindən söz açılıb. Z.Dadaşzadə  Azərbaycan-Latviya  mədəni əlaqələri  mövzusuna toxunaraq, Latviya musiqisinin klassiki, bəstəkar və dirijor  Yazep Medınşın  1916-1922-ci illərdə Bakıda Opera teatrı orkestrinin dirijoru kimi çalışdığını, Azərbaycanda  Latviya bəstəkarlarının (P.Vasks, İ.Kalnınş, G.Peletsis və b.) tanındığını,  azərbaycanlı alimlərin  Latviya musiqişünaslarının  tədqiqatlarına   müraciət etdiyini rektorun nəzər-diqqətinə çatdırıb.  Z. Dadaşzadənin təqdim etdiyi  informasiya    böyük maraqla qarşılanıb.  Elm,  musiqi təhsili sahəsində qarşılıqlı münasibətlərin, əməkdaşlığın, mübadilə xarakterli musiqi tədbirlərinin keçirilməsinin zəruriliyi vurğulanıb. Sonda Z.Dadaşzadə  professor Pranisə Azərbaycan musiqisi, o cümlədən muğam sənəti  ilə bağlı  bir sıra nəşrləri hədiyyə  edib.

Rektor Pranis

gGuntars

Arxiv üzrə axtarış