2018-03-30

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə GUAM-a üzv olan ölkələrin Latviyada akkreditə olmuş səfirlərinin iştirakı ilə işçi nahar görüşü keçirilmişdir.

Cari ilin 29 mart tarixində Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə GUAM-a üzv olan ölkələrin Latviyada akkreditə olmuş səfirləri və Riqa Şəhər Dumasının vitse-meri və eyni zamanda Riqa Azad Dəniz Limanı idarə heyətinin rəhbəri Andris Ameriksin iştirakı ilə işçi nahar görüşü keçirilmişdir.

Nahar zamanı GUAM ölkələri arasında olan və müxtəlif sahələri əhatə edən münasibətlərin müsbət inkişaf dinamikası haqda danışılmış və Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin vacibliyi vurğulanmışdır.

Tədbir zamanı GUAM ölkələrində həyata keçirilən nəqliyyat və logistik infrastruktur layihələri haqda ətraflı məlumat verilmiş və bu ölkələrin Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərində iştiraklarına dair fikir mübadiləsi aparılmışdır

WhatsApp Image 2018-03-30 at 12.30.41

WhatsApp Image 2018-03-30 at 12.30.42 (3)

Arxiv üzrə axtarış