2018-04-11

Azərbaycanın Latviyadakı səfirliyində prezident seçkilərində səsvermə başlanıb

Aprelin 11-də yerli vaxtla səhər saat 8.00-da Azərbaycanın Latviyadakı səfirliyində yaradılmış, 16 saylı Yasamal ikinci seçki dairəsinin 37 saylı seçki məntəqəsinə təhkim edilmiş məntəqədə Azərbaycan Respublikası prezidenti seçkiləri başlanıb.

Məntəqə seçki komissiyası konsul uçotunda olan vətəndaşlarımızın maarifləndirilməsi üçün zəruri iş aparıb. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına və Azərbaycan Seçki Məcəlləsinə müvafiq qaydada keçir.

Birinci olaraq Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov səs verib. Səfir seçicilərə uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, onlar Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklər.

Arxiv üzrə axtarış