7 May tarixində Azərbaycan Səfirliyində “Heydər Əliyevin irsi və Azərbaycanın inkişafı” adlı konfrans keçirilmişdir
2018-ci ilin 7 May tarixində Azərbaycan Səfirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə konfrans keçirilmişdir. “Heydər Əliyevin irsi və Azərbaycanın inkişafı” adlı konfransda Latviya ictimaiyyətinin tanınmış nümayəndələri: siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri və bir sıra diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etmişlər.
Qonaqları salamlayan səfir C. Axundov ilk öncə konfrans iştirakçılarını ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev, qalibin yolu” sənədli filminə baxmağa dəvət etmişdir.Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan səfir C. Axundov ulu öndər Heydər Əliyevin liderliyi və Azərbaycanın inkişafındakı tarixi xidmətlərindən geniş bəhs etmişdir. Daha sonra konfrans iştirakçıları Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən bəhs edərək, onun haqqında öz xatirələrini bölüşmüşlər.