2018-05-30

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfiri Cavanşir Axundovun Latviya Radiousu LR4-ə verdiyi müsahibəyə dair

24 may 2018-ci il tarixində Səfir Cavanşir Axundov “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü” münasibətilə məşhur Latviya Dövlət Radiosu LR4-ə müsahibə vermişdir.

Müsahibədə Səfir C.Axundov Azərbaycan dövlətçiliyinin qədim tarixi, millətimizin keçdiyi regional siyasi dövr və proseslər haqda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma səbəbləri və tarixi, eləcə də müasir Azərbaycan Respublikasının keçdiyi müstəqillik və inkişaf yolu barədə ətraflı məlumat vermişdir.

Sözügedən müsahibə zamanı Səfir C.Axundov həmçinin həm Azərbaycan Xalq Cümhuriyyətinin həm də Latviya Respublikasının 100 illik yaranma tarixindən danışaraq iki ölkə arasında olan oxşar tarixi proseslər haqda da ətraflı məlumat vermişdir.

Arxiv üzrə axtarış